KepezTV Player
Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb. Binəqədi Rayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib. Qərara əsasən, Famil Nəsibov barəsində vəzifədən kənarlaşdırılması şərtilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Rüşvət almaqda ittiham olunan dekan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.
- Baxış: 506