KepezTV Player
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı başsağlığı verib. Başsağlığı məktubunda "Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik" - deyilir.
- Baxış: 249