KepezTV Player
Qanunsuz küçə ticarəti. Gəncədə demək olar ki, hər addımda, ələxsus da şəhərin mərkəzi hissəsində harda gəldi, nə gəldi satışın həyata keçirildiyinin şahidiyik. Bunun qarşısını almaq və rəsmi icazə verilən satış yerlərində fəaliyyətlərini davam etdirmk üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Reyd Gəncənin Dədə Qorqud küçəsi və Nizami prospektini əhatə edib. Polis əməkdaşları piayada səkilərini zəbt edən şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
- Baxış: 263