• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 863
— 30.01.2023 12:20

İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlanıb

KepezTV Player

Ombudsman Səbinə Əliyeva İranın insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Khodayana rəsmi məktub ünvanlayıb. Ombudsman  Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş terror aktını  qətiyyətlə pisləyib və  1961-ci il Diplomatiq əlaqələrə dair Vyana və 1973-cü il "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında"  Konvensiyalarının tələblərinin  kobud şəkildə pozulmasını diqqətə çatdırıb. Azərbaycan Ombudsmanı İranın sözügedən insan hüquqları təşklatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda  ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlərin görülməsinə dəvət edib.