• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1102
— 29.01.2023 19:54

Masajın uşaqlar üçün faydaları

KepezTV Player

Körpələrə həkim göstərişi ilə masaj təyin edildiyinin tez-tez şahidi oluruq. Xüsusilə də 1 yaşa kimi olanlara. İnkişafında müəyyən geriləmələr olanlarla yanaşı heç bir problemi olmayan uşağa da masaj təyin edilir. Qarşıdakı sujetdə masajın faydaları və nə imi hallarda qeyri-göstəriş olmasından danışılacaq.

Xüsusilə əzələ və sümüklər üçün müalicəvi olan masajın faydaları çoxdur. Bu həm böyüklər, həm də balacalar üçün belədir. Həkimlər deyir ki, əgər uşaqda heç bir problem yoxdursa, ümumi inkişafına dəstək və təkan məqsədilə üç aylığından 1 yaşınadək 4 dəfə masaj elətdirməyih faydası var. 

Təcrübə göstərir ki, masaja ən çox raxitlik əlamətləri olan uşaqlarla bağlı müraciət olunur. İkinci yerdə düzdaban, əyripəncə, dayaq aparatının qüsurlarına tez-tez rast gəlinir. Ümumiyyətlə, masaj uşağın iştahasına, yuxusuna, bayıra çıxmasına yaxşı təsir edir.

Masajda yağlar, yaxud "prisipka”, sadəcə, sürtgü vasitəsi kimi istifadə olunur. Əgər diaqnozda hansısa məqsəd varsa, həkim müalicəvi maz, gel təyin edə bilər. Əgər əzələlərdə, oynaqlarda ağrı varsa, müalicəvi vasitə kimi təyin oluna bilər.