• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 28.01.2023 20:11

Suallarla dolu terror aktına dəqiq və rəsmi cavab yoxdur

KepezTV Player

Tehranda, üzərində üçrəngli Azərbaycan bayrağının dalğalandığı binaya hücumun məişət məsələsi səviyyəsinə endirilməsi hadisənin özü qədər faciəvi və rəzillikdir. Cümə günü, səhər saatlarında, kalaşnikovla silahlanmış “qeyrət ovçusunun” diplomatik missiyaya hücuma keçməsi, qətl hadisəsi törətməsi və bütün bunların İran polis nəfərinin gözü qarşısında baş verməsi adi hadisə deyil. Bəli, Səfirlik binasını qoruyan iranlı polis xüsusi icazə olmadan nümayəndəliyə daxil ola bilməz. Amma, kameralara düşən görüntülər başqa şey deyir.
 

Şərti olaraq “maşa” adlandıracağımız Yasin Hüseynzadə Azərbaycan diplomatlarının idarə etdiyi nəqliyyat vasitəsinin Səfirlik binası önündə saxlamasından 20-30 saniyədən sonra zərbə ilə öz avtomobilini Azərbaycan dövlətinə məxsus olan və İran hökümətinin təhlükəsizlik təminatında olan avtomobilə çırpır. Deməli həm də bizim həmvətənlərimizi güdüblər.İran polisindən “0” reaksiya.

Halbu ki iranlı polis artıq o zaman həyacanla postda baş verən bu fövqəladə vəziyytə reaksiya verməli idi. Əgər iran mediaasının yazdığına görə maşında uşaqlar da olubsa ata göz görə uşaqlarının həyatının necə riskə atıb və avtomobilini qarşıdakı maşına çırpır. Tutaq ki, maşında uşaqlar olub, bəs o uşaqlar niyə ordan aşağı düşmür?! Digər məqam, istənilən ölkədə istənilən diplomatik nümayəndəlik qarşısında kənar nəqliyyat vasitələrinin dayanması qadağandır. O zaman iran polisi, tutaq ki, “maşanın” əlindəki avtomatı görmür, amma onun parkinq qaydasını görməlidir axı?! Bu qədərmi kordur?! Əgər bu qədər kordursa, o zaman iran höküməti diplomatik nümayəndəliyin mühafizəsini koramı etibar edib?! Suallar çoxdur. Cavab var, amma Tehranın oyunu baş tutmadı. Əgər İranda hər arvadını axtaran gəlib Azərbaycan səfirliyindən mədəd umacaqsa, ünvan düz deyil. Başqa bir məsələ, “maşa” əsəbiləşdiyini, neçə vaxtdır Səfirliyin onu get-gələ saldığını deyir. Rəsmi müraciət varmı? O bu barədə İran xarici işlər nazirliyini və ya digət iran rəsmi qurumlarını məlmatlandırıbmı? Axı bu qəbildən olan məsələlər qurumlarası yazışmalarla tənzimlənir. Yəqin ki, yoxdur. Düyün də elə burada açılmağa başlayır. Bir digər məsələ. Böyük ehtimalla Azərbaycanın heç də xaricdəki bütün diplomatik missiyalarında Bakıdan ezam olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur. Burada əsas səbəb səfirliyin yerləşdiyi ölkədə xeyli sayda yaşayan həmvətənlərimizin üzləşdiyi problemlərin operativ şəkildə həllinə köməklik göstərməkdir. Və.... əgər həmin ölkədən özünə təhdid görürsə. Deməli Bakı Tehrandakı missiyamıza mühafizə əməkdaşlarını göndərməkdə düzgün qərar qəbul edib. Dolu darağlı bir cnayətkar Səfirliyə hücum edəcək cəsarətlidirsə deməli ona bu cəsarəti verən var. Hələ ki, yuxarıda sadaladığımız hallar onu deməyə əsas verir ki, maşanı silahlandırıb üzərimizə göndəriblər. Onun məqsədi çox güman ki, bir və ya bir neçə nəfərlə kifayətlənməmək idi. Xoşbəxtlikdən yenə də Azərbaycanlı digər mühafizəçinin üstün cəsarəti və sayıqlığı nəticəsində daha böyük faciə baş vermədi. Onun məqsədi ən sonda Binanın üzərində dalğalanan bayrağı yerə atmaq ola bilərdi. Londondakı Səfirliyimiz önündə baş verənlər yadınızdan çıxmayıb yəqin.

Yəqin ki, heç bir yerində yarım saat əvvəl insan qətlə yetirən, səfirliyə hücum edən şəxslə müsahibəyə şərait yaratmazlar. Dünyanın ən qeyri-azad media ölkələrindən olan İranda isə bu adi-müsahibə kimi təqdim edilib. Bu qədər absurd bir reportaj, gülünc bir süjet olarmı? İnsan qətlə yetirən biri bu qədərmi adekvat, heç nə olmayıbmış kimi danışa bilərmi?! Axı hələ ki, cinayət işi gedir. Bunlar istintaq sirri olmalıdır. Yox, bura İrandır. Burada hər şey bu qədər tez və operativ həll edilir axı?! Beləliklə suallar çoxdur. Doğrusu Bakı suallarına cavab gözləyir. Həm də dəqiq və rəsmi cavab!