• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 27.01.2023 16:21

Şəhid Orxan Əsgərov tanınmış pediatrın oğludur

KepezTV Player

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücüm nəticəsində törədilən teror aktı zamanı həlak olan soydaşımız Gəncədə tanınmış pediatr Rizvan Əsgərovun oğludur. Gəncədə doğulub, burada orta təhsil alan Orxanın şəhid olması xəbəri qohumları, müəllimi, atası ilə birgə çalışan həmkarlarını da üzüb.

Şəddadilər küçəsi ev 135. Azərbaycanın İrandakı səfirliyinə hücüm zamanı qəhrəmancasına şəhid olan Orxan Əsgərovun yaşadığı ünvandır. Orxan Əsgərov uzun müddət Azərbaycanın xarici səfirlik və konsulluqlarında fəaliyyət göstərib. Hazırda Orxan Əsgərovun şəhid olma xəbərini eşidən yaxınları, qohumları dostları onun yaşadığı evin qarşısına toplaşır.

Orxan Əsgərov Tehrandakı səfirliyimizdə mühafizənin rəisi vəzifəsində çalışırdı. Səfirliyə hücüm zamanı digər əməkdaşlarla birlikdə baş leytinant Orxan Əsgərov törədilən bu terorun qarşısını alarkən qəhrəmancasına həlak olub. Qohumları, yaxınları Orxanın vətənini sevən, xalqına, torpağına bağlı olduğunu bildirirlər.