Bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb. Tehran polisinin rəisi Sərdar Hüseyn Rəhiminin sözlərinə görə, hadisə ilə bağlı istintaq aparılır. Səfirliyə edilən xain hücumla bağlı araşdırma aparıldığını açıqlayan Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib. Allah şəhidimizə rəhmət eləsin!" - deyə Nazirlikdən qeyd edilib.
- Baxış: 333