• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1988
— 26.01.2023 19:52

Ermənistan rəsmilərinin məsuliyyətsiz açıqlamaları regional təhlükəsizliyi təhdid edir

KepezTV Player

Ermənistan yenə xülyalardadır. Deyəsən cəmi 2 il yarım öncə ordusunun böyük hissəsinin məhv edildiyi yadından çıxıb. Yenə müharibə ritorikası ilə çıxış edir.

Bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı növbəti dəfə sərsəmləyib. Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həlli təklifini irəli sürüb. Baş nazir Nikol Paşinyan da hökumətin iclasında Bakının ünvanına ittihamlar səsləndirib. Tamamilə yalan və əsassız iddialar irəli sürüb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mirzoyanın açıqlamaları ilə bağlı bəyanatında qeyd olunduğu kimi, Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur.

Müharibənin Ermənistan üçün hansı ağır nəticələrlə bitdiyi isə hər kəsə yaxşı məlumdur. Amma görünən odur ki, İrəvan bundan dərs çıxarmaq əvəzinə bəzi qüvvələrin təsiri ilə revanş xəyalındadır. Politoloq İlyas Hüseynovun sözlərinə görə, Laçın-Xankəndi yolundakı proseslərin aradan qaldarılmasında hərbi ssenarinin mövcudluğu barədə Ermənistan rəsmilərinin fikir bildirməsi regionda təhlükəsizliyə böyük təhdid yaradır.

Ermənistan rəhbərliyi onsuz da çətin vəziyyətdə olan ölkəsinin və xalqının firavanlığını təmin etmək istəyirsə, Azərbaycanla növbəti və daha acı nəticəli müharibədən çəkinməlidir. Ən yaxşı yol Bakının xoş məramlarını qəbul etmək, üzərinə götürdüyü öhdəliyə əməl edərək kommunikasiyaları açmaq, beynəlxalq layihələrə qoşulmaqla dalandan çıxmaqdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək.