• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 26.01.2023 15:43

Şəmkirdə yas yerində bıçaqlanma olub

KepezTV Player

Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı İdris Alıyev yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. Hadisəni 33 yaşlı Ruslan Bağırov törədib. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları onun saxlanılması istiqamətdə intensiv əməliyyat-axtarış tədbirlərini davam etdirir. Xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.