• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 26.01.2023 11:52

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Ford Tranzit” markalı yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Quba Rayon Məhkəməsinin qərarına əsasən, o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.