• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 26.01.2023 11:05

Şəkidə ər həyat yoldaşını və özünü bıçaqlayıb

KepezTV Player

Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və həyat yoldaşı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı Xaqani Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cuzi xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, daha sonra o, bıçaqla özünə xəsarət yetirib. Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ərin üzərində cərrahi əməliyyat aparılıb. Qadının xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilərək evə buraxılıb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.