Ali məktəbə hazırlaşan şagirdlərin əksəriyyəti repetitorlara müraciət edir. Bu hal nəinki tələbə olmaq istəyən, elə ibtidai sinifdə oxuyan, yuxarı siniflərdə təhsil alanlar üçün də eynidir. Bəziləri fərdi hazırlaşmağa, bəziləri isə kurslara müraciət etməyi üstün tuturlar. Samuxda mövzunu araşdırmışıq.
Repetitorların fəaliyyətinə yalnız şəhərlərdə deyil, rayon və kəndlərdə də təlabat böyükdür. Əvvəllər rayon məktəbliləri hazırlıq üçün yaxın şəhərlərə üz tuturdularsa indi onlar öz yaşadıqları ərazidə hazırlıqlara gedirlər. Bu da həm vaxt, həm də maliyyə itkisinin qarşısını alır.
19 ildir repetitorluqla məşğul olan Aytəkin müəllimə deyir ki, əvvəllər müraciətlər sadecə yuxarı sinif şagirdləri tərəfindən edilirdisə indi vəziyyət dəyişib. Artıq aşağı sinif şagirdləri də repetitora üz tuturlar.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, xüsusən də ibtidai siniflərdə olan dərs proqramı yaş və sinif səviyyəsinə uyğun deyil. Ona görə də əlavə müəllim yaına getmə zərurəti yaranır.
Düzdür bu hazırlıqlar valideynlər üçün əlavə xərc olsa da yekun nəticədə düzgün seçim nəticəyə müsbət təsir edir. Çəkiliş apardığımız Samux rayon Sərkar kənd tam orta məktəbində də məzunların nəticələri ilbəil yüksəlir. Ötən il məktəbi bitirən 44 şagirddən təxminən 40 faizi ali məktəbə daxil olub ki, bu da 2020-2021 ci təhsil ili ilə müqyisədə təxmini 10 faiz çoxdur.
- Baxış: 262