• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 25.01.2023 19:58

Qrip, yoxsa COVİD-19?

KepezTV Player

Son bir neçə aydır ki, istər böyüklər istərsə də uşaqlar arasında kəskin respirator virus infeksiyası geniş yayılıb. Bununla bağlı həkimlərə müraciət edənlər də kifayət qədərdir. Sayın bu qədər artması və geniş şəkildə yayılması insanlarda bir sualı formalaşdırır. Bəlkə bu Covid-19-un bir ştammıdır

Kəskin respirator virus infeksiyası insanlar arasında daha çox hava damcı yolu ilə yayılır. Məhz elə bunun üçün də virusa yoluxanların sayı durmadan artır və həkimlər ehtiyatlı olmağı tövsiyyə edirlər. Əsasən yüksək hərarət, burun axması, boğaz, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürək bu virusun əlamətləri hesab edilir. Sadalanan bu əlamətlər karonavirusa oxşar cəhətləri ilə də yaxınlıq təşkil edir.

Kəskin respirator virus infeksiyası əsasən uşaqlar arasında geniş yayılıb. Bu da şübhəsiz ki, bədəndə imunitetin zəif olması, həmçinin məktəb və baxçalarda bir yerdə olmaları ilə əlaqələndirilir. Şübhəsiz ki, virusa yoluxma azyaşlılar arasında geniş yayılması uşaq dərmanlarına olan təlabatı da artırır.

Vəziyyətin bu qədər ciddi hal alması sakinləri də narahat edir. Həm sağlamlıq, həm də maddi sarıdan.

Ölüm halları müşahidə olunmasa da bu virus infeksiyasına yoluxanlar xəstəliyi orta ağır və ağır formada da keçirir. Az hallarda isə yüngül forması müşahidə edilir. Gəncədə isə qripə qarşı vaksinasiya aparılır. Abbas Səhət adına şəhər xəstəxanasının Kəpəz Ailə Sağlamlıq Mərkəızində xüsusi otaqda Avstriya istehsalı olan vaksinlər vurulur. 6 aylıq uşaqlardan ahıl yaşa kimi hər kəs peyvənd oluna bilər. Gəncəyə gətirilən 1800 doza vaksindən 273 nəfərə vurulub.

Elnur Vahidoğlu