• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1993
— 25.01.2023 20:18

Ermənistan və İranın yalançı qardaşlığı

KepezTV Player

Dünyanın siyasi mənzərəsinə nəzər salanda ölkələri müəyyən xarakterlər üzrə qruplaşdırmaq olar. Məsələn, Azərbaycan daim ədalətin yanında olan, güclü, iradəli bir dövlətdir. Qonşumuz Ermənistanın yalançı, nadürüst, qorxaq və bu qorxaqlıqdan irəli gələn qətiyyəsiz bir tipi var. İran isə tipsizdir. Riyakardır! Üzdə mələk kimi görünməyə çalışır, amma içindəki şeytan onu ələ verir.

Yanvarın 20-də İran mələk donunu geyinib “Nüfuzlu Qadınların I Beynəlxalq Konqresi”ni keçirdi. İran... Qadınlar... Bu iki kəlmənin ardınca deyiləcək nə qədər söz, göstəriləcək nə qədər faktlar var... ÇARX Bəli, bu görüntülər İranda qeydə alınıb. “Qadın, həyat, azadlıq” devizi ilə keçirilən aksiyalarda. Qadınların həyatını zəhərə çevirən, azadlığını əlindən alan mollalar isə region qadınlarını Tehrana toplayıb konqres təşkil edib. Dəvətlilər arasında Xocalıda qadınlara qarşı dəhşətli, ağlasığmaz, olmazın işgəncələri həyata keçirən ermənilərin sondan birinci xanımı da yer alıb. Ölkəsinin xislətinə uyğun olaraq, yenə yalanları sıralayıb. Qarabağda guya 120 min erməninin blokadada qalmasından, yalançı sülh istəklərindən və s. danışıb. Tehranın Annanın Azərbaycan əleyhinə yalanları üçün tribuna təşkil etməsi faktının özü də bu ölkənin Bakıya qarşı riyakar münasibətinin daha bir göstəricisidir. Çünki həmin tarixdə Azərbaycan azadlığı yolunda canından keçən oğul və qızlarının əziz xatirəsini anırdı. Bu tədbirə qədər də son dövrlər İran-Ermənistan cütlüyünün daha sıx yaxınlaşması müşahidə olunurdu. Bu yaxınlaşmada isə bir sıra maraqlı məqamlar var. Avropa İttifaqının uzunmüddətli missiyasını ölkəsinə qəbul etməyə razılıq verən İrəvan ümumiyyətlə, son addımları ilə Rusiyadan üz döndərib Qərbə meyilləndiyini açıq-aşkar nümayiş etdirir. Ermənistanın günü-gündən daha möhkəm qucaqladığı İran isə Moskvanın müttəfiqlərindən biridir. Ermənistanın özünün müttəfiqləri bir-birinin düşmənidir – Qərb və İran. Film kimi yəni. SİNX İrəvan ya özünü şirin salıb Qərblə İran arasında körpü rolunu oynamaq istəyir, ya da Rusiyadan tamamilə qopacağı halda regionda arxalanacağı bir qüvvənin olmasına çalışır. Tehranın maraqları barədə isə çox danışmışıq. Yoxsa Ermənistan-İran yaxınlaşmasının hansı səmimi səbəbləri ola bilərki? Səmimiyyət bu dövlətlərin heç birinin xislətində yoxdur. Ağılları Azərbaycan-Türkiyə qardaşlığına getməsin.