• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1318
— 24.01.2023 12:10

XİN Aİ Şurasının Ermənistanda missiya yaratmasına münasibət bildirib

KepezTV Player

Azərbaycan, Avropa İttifaqı Şurasının Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır. Belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq. Bu barədə Xarici İşlər Nazirliyindən qeyd olunub. "Avropa İttifaqı missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Avropa İttifaqı tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir. Azərbaycan tərəfi, missiyanın fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir. Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir", deyə nazirliyin açıqlamasında vurğulanıb.