• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2040
— 23.01.2023 11:08

Xalq təbabəti

KepezTV Player

Bu gün dünyada elə bir ölkə tapılmaz ki, orada alternativ tibb öyrənilməsin. Bir çox yerlərdə tamamlayıcı tibbi araşdıran institutlar, elmi mərkəzlər var. Keçmişdən bu günə qədər gəlib çatan ənənəvi tibb Azərbaycanda da diqqətdən kənarda qalmayıb. Adətən xəstələr kimyəvi tərkibli dərmandansa, bitkilərin zərərsiz və daha ucuz başa gəldiyini nəzərə alaraq, bu yolu seçirlər.Bəzən heç fitoterapevtə getməyə belə ehtiyac duymurlar , ev şəraitində xəstəlikləri dərman bitkiləri  ilə müalicə edirlər.

Hələ də belə düşünən insanlarımız var.Bunlar arasında Şəfiqə xanım da alternativ tibbdən istifadə edir. Xeyrini görürmü? Gəlin özündən eşidək.

Türkəçarə  adlanan üsullardan biri də zəli ilə müalicədir. Bu müalicənin tarixi qədimdir. Zəli ilə müalicədən eramızdan bir neçə il əvvəl Çində, sonradan isə Misirdə istifadə olunub. Qədimdə insanlar zəlidən baş ağrısını azaldan, qanı duruldan və təzyiqsalıcı vasitə kimi istifadə ediblər. Zəli qədim insanlar üçün universal “həb” hesab edilirdi.Hazırda zəli ilə müalicə tibdə öz təsdiqini tapan bir müalicə vasitiəsi kimi tanınır və dünyanın bir çox ölkəsində geniş tətbiq olunur. Azərbaycanda da zəli ilə müalicə geniş yayılıb. Bu istiqamətdə müsbət nəticə əldə edənlərdə var etməyənlərdə....

Ləman Sultanlı