• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 19.01.2023 11:40

Qərbi Azərbaycan həsrəti...

KepezTV Player

 “Torpaq insanı öz doğma yurduna, el-obasına çəkir”bu sözləri hər zaman ata-babalarımızdan eşitmişik. Dünyanın harasında qərar tutub yaşamasından asılı olmayaraq, el-oba bağlılığı ilahi yaşantı kimi hər bir şəxsin ruhunu təzələyir, ona dinclik verir. Ancaq, bu yaşantının nisgilə çevrildiyi, məhrumiyyət acısına kökləndiyi reallıq da var. Eynən Qərbi Azərbaycanın aqibəti kimi!!! Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki çıxışında   olarkən demişdi:

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Vaxtilə Türk dünyasının qədim və ayrılmaz diyarı olan bölgəsi Azərbaycandan qoparılıb Ermənistana verilib.Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə köçürülməyə məruz qalıblar. Tezliklə onların hüquqları bərpa ediləcəyinə və öz doğma torpaqlarına qayıdacaqlarına inanırıq. Əsas məsələ ondadır ki, inamımızı itirmirik və Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində buna nail olacağımıza əminik.

Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə də  bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum ediliblər.

Liderimiz yalnız ümid vermir, arzuları da reallaşdırır. Bu gün Qarabağ azaddır. Qərbi Azərbaycan da azad olacaq.

 Ləman Sultanlı