• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5401
— 23.01.2023 20:10

Bank, yoxsa lombard krediti daha sərfəlidir?

KepezTV Player

Əksər insanlar maddi ehtiyaclarını kredit əldə etməklə ödəməyə çalışırlar. Bunun üçün bank, Bank Olmayan Kredit Təşkilatı və lombardlara üz tuturlar. Bəs bu təşkilatların hər birindən kredit götürmək mümkündürsə, bunlar arasında fərq nədən ibarətdir? Müştəri üçün bank yoxsa lombard krediti daha etibarlıdır? Bütün bu sualların cavabı qarşıdakı sujetdə.
Bank və lombard xidməti bir-birindən kreditləşmə, faiz dərəcələri, kreditlərin verilmə sürəti və müddətinə görə fərqlənir. Müracətlərə gəldikdə isə vətəndaşlar məbləğindən asılı olaraq bu maliyyə qurumlarına müraciət edilər. Az məbləğ lazım olduğu təqdirdə lombardlara üz tutulur. 
Kredit bazarına olan tələbin artması nəticəsində lombardların da sayı artıb. Lombard krediti aşağı riskli kreditlər hesab olunur və vətəndaşlara girov əsasında verilir. Bu girov isə qiymətli əşyalar, daşınmaz əmlak adətən isə qızıl olur. Həmin girovun realizasiyası nisbətən likvid olduğu üçün risk aşağı olur. Mütəxəsislər deyir ki, lombardlardan kredit götürərkən sənədləşmə işi az olduğundan müştəri daha az vaxt itkisi ilə üzləşir. Başqa sözlə desək, ona lazım olan vəsaiti qısa müddətdə əldə etməklə, öz problemini həll edir. Digər tərəfdən lombardan bir həftəlik, 10 günlük, 1 aylıq belə kreditlər götürmək mümkündür.
Banklar isə lombarddan fərqli olaraq kreditləri girovsuz və ya zaminlik əsasında verir. Onlar daha çox Mərkəzi Bankın təlimatlarına, normativ aktlarına əsasən kreditləşməni həyata keçirirlər. Burada tələblər müxtəlifdir. Rəsmi iş yeri isə vacib olan amillərdəndir. 
Araşdırmamızdan o nəticəyə gəlmək olar ki, hər iki kredit təşkilatının müsbət və mənfi tərəfələri var. Etibarlılıq baxımdan isə hər ikisi rəsmi müqavilə ilə həyata keçirilir.