• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 23.01.2023 20:13

Mənzillərin onlayn satışına başlanılıb

KepezTV Player

Samux rayonunda keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış binasında mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, proses ms.sosial.gov.az portalı üzərindən aparılır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır, onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Mənzillərin portal üzərindən satışı iyulun 1-dək davam edəcək. Samuxla yanaşı, mənzillər Bakı və Abşeronda da satışa çıxarılıb. Onlayn satışına başlanan 1662 mənzildən artıq 1106-sı bron edilib.