• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 23.01.2023 12:16

Ekoaksiya 43-cü günündə

KepezTV Player

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 43 gündür davam edir. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.

Bu arada, Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 5 avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Rusiya sülhməramlılarına məxsus 19 avtomobilin də yolda maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.