• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 21.01.2023 19:59

Psixoloqlara hansı mövzularda müraciət edirlər?

KepezTV Player

Müasir dövrdə psixoloq xidmətlərinə tələbat xeyli artıb. Bunun da dəyişən və gərgin dünyamızın yaratdığı bir sıra obyektiv və subyektiv səbəbləri var. Bu gün təkcə böyüklərin deyil, məktəblilər və azyaşlıların da psixoloq yanına getdiyinin şahidi oluruq. Motivlər fərqli olsa da.
Son dövrlər Kütləvi İnformasiya Vasitələri, sosial şəbəkələr vasitəsilə psixoloq xidməti göstərən artan sayı müşahidə edilər. Elə Gəncədə də bu tip mərkəzlərin sayı artıb. Bu isə belə bir xidmətə tələbatın artıdığı deməyə əsas verir.
Pandemiya və Vətən müharibəsindən sonra psixoloji cəhətdən insanlarda problemlər yaranıb. Baxmayaraq ki, çətin günlər geridə qalıb, amma fəsadları hələ də bizimlədir. Əsasən da bu əsəb sisteminə ciddi təsir formasında özünü göstərir. Panik atak, depresiv problemlər, obsessiya, psixoloji yorlunluqla bağlı psixoloqlara müraciətlə rartıb.
Bir neçə il əvvəl kimi psixoloqa gedənə qəribə baxılır, bu qeyri-adi hal olaraq qəbul edilirdi. İndi isə tam rahat şəkildə hər kəs bu xidmətə üz tutur.
Müsbət nəticənin tez bir zamanda əldə edilməsi üçün düzgün psixoloq seçimi də az rol oynamır. 
 
Nərgiz Əhmədqızı