• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5401
— 21.01.2023 19:50

Basketbol liqasında növbəti tur oynanılıb

KepezTV Player

Gəncədə keçirilən basketbol liqası davam edir. Regionda ilk dəfə təşkil edilən yarışda növbəti tur arxada qalıb.
Yanvarın əvvəlindən başlayan basketbol liqasında 8 komanda mübarizə aparır. İdarə, müəssisə, təşkilat və universitet komandalarının iştirak etdiyi birinciliyin 3-cü turunun son qarşılaşmasında iki universitet komandası üz-üzə gəlib. Gəncə Dövlət və Azərbaycan Texnologiya Universitetləri güclünü müəyyənləşdirib. Görüşlərə ev sahibliyi edən, həmçinin təşkilatçılardan biri olan Uteca-nın idman zalında keçirilən oyun maraqlı olması və gərginliyi ilə diqqət çəkib və hər iki universitetin rəhbərliyi də izləyib.
Gəncə basketbol liqasının yaxşı şəkildə təşkil edilməsi oyunların da baxımlı şəkildə keçməsinə şərait yaradır. Yarışın regionda ilk dəfə reallaşması bu idmanla məşğul olanların da ürəyincə olub.
Gəncə Dövlət Universiteti ilə Azərbaycan Texnologiya Universiteti arasında keçirilən oyunda ikincilər 50-47 hesabıyla qalib gəlib. Turun ardından turnir cədvəlində ikihakimiyyətlilik hökm sürür. Belə ki, 6 xala malik iki komanda Telekom və ATU 1-2-ci yerləri bölüşdür. 3-cü sırada isə Regional kollec yer alıb.