• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 20.01.2023 18:53

20 Yanvar qurbanları barədə nalayiq danışan qadın üzr istəyib

KepezTV Player

"TikTok" sosial şəbəkəsində bir nəfər xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb. Texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub. Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsi ümumxalq hüzn günüdür və həmin gün şəhid olanlar qəhrəmanlıq nümayiş etdiriblər. Gülnarə İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr istəyib.