KepezTV Player
Sülhməramlılara və BQXK-yə məxsus avtomobillər maneəsiz hərəkət edib
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası isə 39 gündür davam edir. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, ekoterrora etiraz edirlər.
Aksiyaya baxmayaraq Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin yoldan növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Gün ərzində sülhməramlılara məxsus ümumilikdə 16 avtomobil maneəsiz keçid edib.
- Baxış: 435