• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 18.01.2023 20:32

10 yaşlı qız zəhərlənib

KepezTV Player

Tovuzda zəhərlənmə hadisələri qeydə alınıb. Qidadan və dəm qazından zəhərlənən qızlar xəstəxanaya çatdırılıblar.

Tovuz rayonun Əyyublu kəndində yaşayan 10 yaşlı Səma Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir.Azyaşılının atasının sözlərinə görə, qızı kolbasa yedikdən sonra halı pisləşib.

Tovuz rayonunun Köhnə Qala kənd sakini 23 yaşlı Günay Əkbərova da zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.