• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1510
— 18.01.2023 13:25

Xankəndi-Laçın yolunda aksiya davam edir

KepezTV Player

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 38 gündür yüksək fəallıq və əzmlə davam edir. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Bu arada Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər. Dünən sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətində hərəkətinə şərait yaradılıb. Həmin avtomobillərdə 20-si yeniyetmə olan 26 erməni Xankəndiyə keçib. Onlar Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyadan əvvəl idman yarışında iştirak etmək üçün Ermənistana gedibmişlər.Bu gün isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 5 minik, 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Avtomobillərin içərisində erməni ailələri olub. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir.