• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 16.01.2023 16:30

Cavad xanın xatirəsi yad edilib

KepezTV Player

Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi anılıb.Cavad xanın Azərbaycanın, xüsusilə də Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda apardığı mübarizədən danışılıb. 219 il əvvəl - 1804-cü ilin yanvarında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq, Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar.Cavad xanın türbəsi ziyarət olunub, məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.