• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 14.01.2023 19:09

Ən yaxşı aşpazlar kişilərdir! Bəs evdə necə?

KepezTV Player

Biz mətbəxdə adətən qadınları görməyə alışmışıq. Onların biş-düşü, hazırladığı təamlar sözsüz ki, barmaq yalayacaq qədər dadlıdır. Amma deyilənə görə kişilərin əli daha dadlı olur. Hətta dünyanın ən yaxşı aşbazları da məhz güclü cinsin təmsilçiləridirlər. Əgər diqqət etsək, şahidi oluruq ki, restoran və kafelərdə adətən təamları hazırlayanlar kişilərdir. Daha da çox danışmadan keçid alaq əməkdaşımız Aişə Rzayevanın bu mövzuda hazırladığı sujetə.

Nahar vaxtıdır, şirkətin yeməkxanasında hərə Allah verəndən nə gətiribsə, onu da yeyir. Biz əsasən süfrədə xanımların hazırladığı xörəkləri görməyə adət etmişik. Bu gün isə fərqlidir. Gördüyünüz təamları bizim xəbər müdirimiz Fərid Mehdiyev hazırlayıb. Dadına gəldikdə isə, vərdiş etdiklərimizdən yaxşıdır ki, pis deyil.

19 ildir restoran sektorunda çalışan Simur Ələsgərov deyir ki, bu vaxta qədər işlədikləri aşpazlar adətən kişilər olub. Bu sahədə onların daha uğurlu olduğu hesab edilir. Səbəb isə zərif cinsin nümayəndələrinin ağır iş rejmindən daha tez yorulmaları ilə əlaqələndirilir. Razılıq məsələsinə gəldikdə isə müştərilər yeməklərdən kifayət qədər məmnundurlar.

Kişilər nə qədər dadlı yeməklər bişirsələr də, evdə bu işi əksərən xanımlara həvalə edirlər. Şəhər sakinlərinin fikrini öyrəndiyimiz zaman da əksəriyyət kişilərin məcbur qalmadıqca mətbəxə girmədiyini eşitdik. Daha doğrusu, risk etmək istəmirlər. Axı ortada belə bir təcrübə var - bir dəfə eləsən, həmişə edəcəksən.

Belə qənaətə gələ bilərik ki, kişilərlə bağlı stereotiplərə son qoymaq lazımdır. Kişilər “bu işi bacarmaz” , “mətbəxə girməz ” fikirləri artıq geridə qalıb. İnsan övladı elə proqramlaşdırılıb ki, məcbur qaldığı vaxt çox işin öhdəsindən gələ bilir. Maşın yağı, təkəri dəyişən qadını gözümüzün qabağına gətirək. Onlar bunu edə bilirlərsə, kişilər niyə yağı tavaya töküb, üstündə yumurta qırmasınlar ki?