• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 14.01.2023 20:08

Siqaretin insan sağlamlığına olan mənfi təsiri

KepezTV Player

Siqaret çəkmək – ən çox yayılmış vərdişdir. Orqanizmə böyük zərər gətirən və insanın gələcək fəaliyyətinə maneə törədən pis vərdiş. Hər il dünyada siqaretin səbəb olduğu müxtəlif xəstəliklərdən təxmini beş million insan dünyasını dəyişir. Mütəxəsislər deyir ki siqaretdən sağlamlıq naminə imtina edilməlidir.

Statistikaya görə Azərbaycanda kişilərin 36faizi siqaret çəkir. Lakin bunun reallığı nə dərəcədə əks etdirdiyini təsdiqləmək bir qədər çətindir. Deyilənə görə bu say həqiqətdən özü qədər də çoxdur.

Bəzən isə siqaretdən imtina edə bilməyən insanlar çıxış yolunu elektron siqaretlərdə görürlər. Elektron siqaretin zərərsiz olduğunu düşünən şəxslər bu yolla sağlamlıqlarını qoruduqlarını, yaxud adi siqaretdən çəkinəcəklərini düşünürlər. Bəs elektron siqaretin insan sağlamlığına zərərləri varmı?

Nikotin aludəçiləri anlamalıdır ki, elektron siqaret birmənalı olaraq çıxış yolu deyil. Elə adi siqaretlə də ağciyərə ötürülən tüstü sağlamlığa zərərdir. Siqaretdən isə sadəcə şəxsi iradəmizlə imtina edə bilərik.