Narkokuryerlik edən şəxs Qazaxda saxlanılıb. Gəncə sakini qanunazidd əməlləri üçün cavab verməli olacaq.
Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Əkbər Vəliyev müəyyən məbləğdə pul və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində gizlədilmiş narkotik vasitəni Gəncə şəhərinə aparmağa razılaşıb. Həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilən zaman əlindəki sellofan torbadan 2 kq 8 qram “marixuana”, 1 kq 182 qram “heroin”və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 624