• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 13.01.2023 19:26

İlk dəfə keçirilən basketbol liqası

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də “Telekom” basketbol idman klubunun təşkilatçılığı, Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə Gəncə basketbol liqası start götürüb. Yarış Nizami yurdunda ilk dəfə təşkil olunur.
Liqanın oyunları Azərbaycan Texnologiya Universitetinin idman zalında keçirilir. Mübarizələrdə 8 komanda iştirak edir. Müxtəlif idarə, təşkilat və müəssisələri təmsil edən kollektivlərin qatıldığı liqada universitet komandaları da qüvvəsini sınayır. Dairəvi sistem üzrə keçirilən yarış 3 dövrədən ibarət olacaq.
Liqada qardaş ölkə Türkiyədən olan basketbolçular da çıxış edirlər. Komandaların heyətində əsasən həvəskar idmançılar yer alıblar.
Hər həftə baş tutan qarşılaşmalarda 4 ən güclü komanda pley-off mərhələsinə yüksələcək. Növbəti mərhələyə vəsiqə qazanan kollektivlər ilk 3 yer uğrunda mübarizə aparacaqlar. 5 aya yaxın davam edəcək Gəncə basketbol liqasına may ayında yekun vurulacaq.