KepezTV Player
Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayət isti izlərlə açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin görüntüləri də yayılıb. Yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə,aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
- Baxış: 456