• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 11.01.2023 20:09

Göygöl Milli Parkında açıq qapı günü təşkil edilib

KepezTV Player

Dünya Qoruqlar və Milli Parklar Günü ilə bağlı öz zəngin meşəsi, füsünkar gözəlliyi ilə dünyada məhşur olan Göygöl Milli Parkında da açıq qapı günü keçirilib. Havanın şaxtalı, soyuq olmasına baxmıyaraq gözəl təbiəti ilə insanları valeh edən Göygölə bu gün də gedənlər kifayət qədər idi. Hər fəsildə gözəl olan göllər incisinin gözəlliyi bu gün də qonaqlarının üzünə açıq idi.
Bundan əvvəl bir neçə dəfə Göygölə getsəm də ilk dəfə idi ki, qarlı havada bu zəngin təbiəti görməyə gedirdim. Hər tərəf ağ örpəyə bürünmüşdü. Elə insanı da valeh edən bu gözəlliyi görüb seyr etmək idi. Çəkiliş komandamızla birlikdə piyada dayanacaqdan gölə kimi təxminən 700 metr piyada məsafə qət etməli olduq. Bu da bizə qarlı havada parkın ərazisini rahat görərək tanış ola bilmək imkanını yaradırdı. Göllər incisinə yaxınlaşdıqca bu gözəlliyi görmək insanı valeh edir.
Göygölün gözəlliyini görmək buradan daha yaxşıdır. Məhz elə bunun üçün də gələn turistlər burada dayanaraq Göygölün gözəlliyini seyr edirlər. Bu gözəllikdən zövq alaraq buradan xüsusi təsuratlarla qayıdırlar.
Qarlı, şaxtalı havanın olmasına baxmayaraq yenə də Göygöl qonaqlı-qaralı idi. Bura gələn turistlər Kəpəz dağının ətəyində yerləşən, Azərbaycanın incisi sayılan Göygölün bu gözəlliyini seyr edirdilər. Təbiətin bizə bəxş etdiyi əsrarəngiz gözəlliyə tamaşanı özləri üçün əbədiləşdirənlər də az deyildi. Təbiət qoynuda şəkillər çəkdirib qartopu oynayırdılar.
Göygöl dəniz səviyyəsindən təxminən 3000 min metr yüksəklikdə yerləşir. Göygöldə turistlərin hərkəti üçün 10 ekomarşurut xətti də yaradılıb. Gələn turistlər bu ekomarşurut xəttindən istifadə edərək Göygölün gözəlliyini seyr edirlər.
2008-ci ildə Milli Park statusu verilən Göygöl Milli Parkının ərazisi hazırda genişləndirilərək 12 min 755 ha çatdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ildə hər ekaloji təqvim və bayram günlərində burada açıq qapı günləri təşkil edilir. Ötən il isə bu gözəlliyi görmək üçün təxminən 300 minə yaxın yerli və xarici turist göl ətrafında olub.

Elnur Vahidoğlu