• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2519
— 11.01.2023 20:03

Qarlı hava xəstəxanalar müraciəti artırıb

KepezTV Player

Ötən gün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun açıqlamasına görə hava şəraiti ilə əlaqədar olaraq ümumilikdə 61 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara müraciət edib. Qarlı hava şəraiti elə Gəncədə fəsadsız ötüşməyib, xətəxanalara bənzər müraciətlərlə daxilomalar olub.
Gəncə şəhər birləşmiş xəstəxanasından bildirilib ki, havaların qarlı-şaxtalı keçdiyi bu günlərdə travmotoloji xəsarətlərlə müraciətlərin sayı artıb. Xüsusən də yaşlı insanların üstünlük təşkil etdiyi travmalar bilək və topuq nahiyələrini əhatyə edib. Gün ərzində travmatoloji şöbəyə 20-ə yaxın bu tip müraciət daxil olub.
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan zənglərin sayı da artıb. İstər sürüşkən yollarda baş verən qəzalar, istər travmatoloji xəsarətlər, istərsə də yuxarı tənəffüs yolları infeksiyları ilə bağlı 103-ə müraciət edənlər çoxluq təşkil edir.
Son günlər təcili yardıma gündəlik müraciətlərin sayı 150-dən 300-ə qədər artıb. Əsasən də resperator virus səbəbindən halı pisləşənlər üstünlük təşkil edir. Hava şəraitinin hələ də qeyri-sabit keçməsi ilə əlaqədar hazırda Təcili Tibbi Yardım stansiyası gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Müraciətlər qəbul edildikdən sonra xəsarət alanların aidiyyatı üzrə tibb müəssisələrinə təxliyəsi həyata keçirilir.