Azərbaycan Dövlət Aqrar Universitetində “Heydər Əliyev İli”nə həsr olunan elmi seminar keçirilib. Torpaqşünaslıq və aqrokimya fakültəsində keçirilən tədbirdə çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov Heydər Əliyev irsinin xalqımızın milli sərvəti olduğuna diqqət çəkib. Müstəqil Azərbaycanın Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti olduğunu vurğulayıb. Bu müqəddəs mirasın qorunub saxlanılması hər bir azərbaycanlının şərəfli vəzifəsi kimi dəyərləndirilib. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi isə Dahi Öndərin irsinin daha dərindən öyrənilməsi və bütün dünyaya bir daha tanıdılması üçün fürsət olacağı qeyd edilib. Seminarda Biologiya kafedrasının bir qrup əməkdaşı, Türkiyənin Ege Universitetinin dosenti Mustafa Gümüş və tələbələr təqdimatlarla çıxışlar ediblər.
- Baxış: 230