• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 10.01.2023 20:33

Hava şəraiti sərnişin daşımalarına təsirsiz ötüşməyib

KepezTV Player

Ölkə ərazisində müşahidə olunan hava şəraiti səbəbindən Gəncədən bölgələrə sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bəzi xətlər üzrə təxirəsalmalar, bəzilərində isə gecikmələr var. Allaha pənah deyib yola çıxan bəzi sürücülər isə sərnişinləri təhlükəsiz və rahat mənzil başına çatdırmağa çalışır.

Yolların buz bağlaması Gəncədən Daşkəsən və Gədəbəyə nəqliyyat vastələrinin gediş-gəlişini çətinləşdirib. Sürücülər qəza baş verməsin deyə nəqliyyat vasitəsini aşağı sürətlə idarə edir ki, bu da gündəlik qrafik üzrə hərkətin sayının azalmasına səbəb olur. Adi günlərə nisbətən bu günlərdə 10-a yaxın nəqliyyat vasitəsi xəttə çıxmır.

Bəhlul Ələkbərov Gəncə Avtovağzal MMC-nin dispetçeri: Kəskin hava şəraiti olduğuna görə maşınların bəziləri Gədəbəyə gedən 30 maşından 20-si gedib. Daşkəsənə isə 10-12 maşından 5-6 gedib. Dağ istiqamətdən gələn Gədəbəy, Daşkəsənnən gələn maşınlarda gecikmələrimiz oldu. O da yolların sürüşkən olması ilə bağlı idi.

Vasif Haqverdiyev  sürücü: Yollar qar büz ancaq yenə də gedib gəlirik. Gecikmələr olsa da yenə də sərnişinləri mənzil başına çatdırırıq.

Nizami İbrahimov  sürücü: Gədəbəyin axırıncı kəndi olan İvanovkadan gəlirəm. Yollarımız büzdü, büz olmasına baxmıyaraq gəlirik. Sərnişinləri gətiririk, yarım saat gecikirik. Xəttə çıxmıyanlar da olur. Demək olar ki, 4-5-i gəlməmişdi.

Bundan başqa 18-ə yaxın şəhər və rayona gün ərzində 100-ə yaxın nəqliyyat vastəsinin çıxdığı Gəncə Beynəlxalq avtovağzlında da analoji vəziyyət hökm sürür. Əsasən Qəbələ, İsmayıllı, Şəki, Oğuza yan alan avtobus və mikroavtobuslarda gecikmə müşahidə edilir.

Zamin Məhiyev sürücü: Qardı, buzdu getmək çətin olur. Həmişəkindən pisdir. Maşınlar sürüşür, yoldan çıxır ona görədə bu gün ləngimələr çox olub.

Sərxan Abbasov  nəzarətçi: Bu gün 13 Oğuzdan gələn maşınımız var ancaq o sərnişin olmadığına görə gələ bilməyib. Həmçinin saat 12-də Şəkidən avtobus gələ bilməyib. O cümlədən 13:30 olan Şəkidən avtobusu da gəlmədi. Hava şəraiti ilə bağlı sərnişin qıtlığı var.

Daxili və xarici reysləri qəbul edən və yola salan Gəncə Beynəlxalq Hava Limanından da gecikmələr olub. Bu gün Moskvadan gələn təyyarə təxminən 2 saat gecikmə ilə mənzil başına çatıb və sərnişinlər əks istiqamətə yola salınıb.

Elnur Vahidoğlu