• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 10.01.2023 12:32

Ekoloji etiraz aksiyası davam edir

KepezTV Player

Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji etiraz aksiyası 30-cü günündə də sivil qaydalar çərçivəsində yüksək əzmlə davam edir. Etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini coşqu ilə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident müşahidə edilməyib.

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Ümumilikdə 2 avtomobil Xankəndindən Laçın istiqamətinə keçid edib. 

Bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı isə 13-ə çatıb. Bu, bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.