• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 679
— 09.01.2023 20:05

Avtoxuliqanlıq edən, qaydaları pozan sürücülər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb. Kamil Süleymanovun idarə etdiyi “Chevrolet” markalı avtomobillə yollarda intizamsızlıq edərək, ictimai-asayişi nümayişkəranə şəkildə pozduğu və vətəndaşların haqlı narazılığına səbəb olduğu ortaya çıxıb. Şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sükan sahibləri saxlanılaraq avtomobilləri duracağa yerləşdirilib, nəqliyyat vasitələrindəki qanunsuz dəyişikliklər aradan qaldırılıb və sürücülər barəsində qanuni tədbir görülüb. Saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.