Ağ, çəhrayı və qırmızı çaları olan rənglər. Bütün bunlar bu ilin geyim tərzlərində dominat olacaq rənglərdir. İlin geyim üslubunda da yeniliklər var. Daha çox xanımları maraqlandıran mövzu ilə bağı elə xanım əməkdaşımız Aişə Rzayevanın materialı var.
2023-cü ilin gəlməsi ilə xüsusilə də xanımları maraqlandıran bir sual aktuallaşıb. Bu da ilin dəbi ilə, yəni geyimlə bağlıdır. Bu il hansı geyim tərzi, parçalar və rənglərin dəbdə olacağı maraq doğurur. ((K/A)) Moda - geyim, ayaqqabı, aksessuarlar, saç düzümü, makiyaj və hətta gündəlik həyatda istifadə etdiyimiz əşyaların, il ərzində populyarlığını müəyyən edən anlayışdır. İstər kişi, istərsə də qadınların böyük əhəmiyyət verdikləri modada hər il fərqli yeniliklərlə bərabər, keçmiş illərin trendləri də yenidən gündəmə gələ bilir. Bu ildə həmin illərdən biridir.
Paltarlarda, aksesuarlarda və ayaqqabılarda hər il müxtəlif rəng və modellər məşhurluq qazanır. Trenddən asılı olmayaraq canlı rənglərdən istifadə isə insanın ruh aləminə müsbət təsir göstərir.
Hazır satılan geyimlərlə yanaşı bəzi qadınlar dərzilərə də üz tutur və onların hazırladığı geyimlərə üstünlük verirlər. Xüsusən də ziyafət geyimlərində seçimi dərzi üzərində edənlər dəbi də yaddan çıxarmamalıdırlar.
Uğurlu geyim seçimi uğura aparan yollardan biri hesab edilir. Geyimlərinizin rəngindən tutmuş, aksesuarlarınızın forma və ölçülərinə qədər hər şey vəhdət təşkil edirsə, deməli siz dəbli görünürsüz.
- Baxış: 298