• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 07.01.2023 19:46

Havanın dəyişkənliyi və sağlamlıq

KepezTV Player

Ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı artıq bir neçə qurumun xəbərdarlığı var. Yollarda ehtiyatlı olmaq, əlverişsiz hava şəraitinə görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etmək və ya meteoroloji şəraitə uyğun sürət həddi seçmək. Ancaq bunların sırasında elə həkimlərin də diqqətdə saxlamağı tövsiyyə etdiyi bəzi məsləhətlər var.

Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Normalda temperaturun mənfiyə düşməsi əslində faydalıdır. Həm orqanizm üçün, həm də bədənin bioloji ritmi üçün. Lakin davam edən belə hava şəraitini qış üçün xarakterik hesab etməyən sakinlər bunun yayılmaqda olan xəstəliklərə də təsirsiz ötüşmədiyi fikrindədirlər.

Hava şəraitində qeyri sabitliyin olması və temperaturun 10 dərəcədən çox dəyişməsi isə insan səhhətinə təsirsiz ötüşmür, yəni orqanizm ani dəyişkənliyə ləng uyğunlaşır. Buna görə də dəyişkən hava şəraiti xüsusən də meteohəssas insanlara öz təsirini göstərir.

İnsan orqanizmində adaptasiya problemi yaşandığından dəyişkən hava şəraiti insanlarda immunitetin zəifləməsinə gətirib çıxarır. Ona görə də bu dövrdə immun sistemini xüsusilə gücləndirici qidalarla formada saxlamaq tövsiyə olunur.