• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 07.01.2023 12:26

Gəncədə Milad bayramı qeyd edilib

KepezTV Player

Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib. Prezidenti İlham Əliyevin bayramla bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti İsa peyğəmbərin mövludu ilə bağlı ayinlər icra edib. Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır. Onlar Milad bayramını ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd edirlər. Milad yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.