• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 803
— 06.01.2023 18:26

Qripə yoluxanların sayı gündəlik müraciətləri dəfələrlə üstələyib

Yüksək hərarət, burun axması, boğaz, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürək. Hazırda ölkədə müşahidə edilən qripin bu əlamətləri istər böyüklər, istərsə də uşaqlar arasında müşahidə olunur. Qrip diaqnozu ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının Yolxucu şöbəsinə müraciət edənlərin sayında olan artım bunu bir daha təsdiq edir. Pasientlərdə qulaqlarda uğultu, tutulma, baş ağrıları da xəstəliyin əlamətləri kimi göstərilir. Müalicə ilə bir neçə gündən sonra xəstədə vəziyyətin yüngülləşməsinə səbəb olsa da ağırlaşmalar da istisna edilir. 
Əli Quliyev - həkim: Bu infeksiya infulise qrip infeksiyasıdır. Əlbəttə ki, xəstəlik orta ağır və ağır formada gedə bilər. Bu halda tez həkimə müraciət etmək tövsiyyə olunur. Orta ağır formada olanlar ilkin müayinələrdən keçir. Onlarda laborator, döş qəfəsəinin rentgeni eyni zamanda əsnəgdən müayinə materialı yoxlanılır. Daha sonra xəstəyə ilkin yardım göstərilir. Virus əlieyinə dərman vastələrindən və digər peraparatlardan istifadə olunur. Ağır xəstələr isə mütləq qaydada xəstəxanada hospilzasiya olunur.
İnfeksiya daha çox hava damcı yolu ilə yayıldığından həkimlər əhalinin sıx olan yerlərində, kütləvilik olan məkanlarda qorunma tədbirlərini əldən verməməyi məsləhət görür. Gigiyenik tələblərin gözlənilməsi də labüddür. Belə olan halda qripə yoluxma riski azalır, xəstəlik yühgül formada ötüşür.
Həcər Alıyeva -
 sakin: Gələndə qıçalarım tutulmuşdu, özümü pis hiss edirdim, halsız idim. Bura gəldim müayinə olundum. Belimin ağrısıda gedib, şükür yaxşıyam.
İlyas Məhərrəmov -
 sakin: Hər cəhətdən yaxşı müalicə olunuram. Vaxtlıvaxtında da nə lazımdır edirlər.
Səadət Musayeva -
 sakin: Nəvəm ağrıyırdı. Yanvarın 1-dən Yolxucu xəstəliklər xəstəxanasındayıq. Uşaqda boğası irinli gəlmişdi, tempuraturu yüksək idi. Vzəiyyətdən çıxartdılar. Hazırda vəziyyəti yaxşıdır. Tempuraturu düşüb. Nəvəmi ağır vəziyyətdən çıxardılar.
Ölüm halları müşahidə olunmasa bu xəstəlik insanlarda orta ağır və ağır formada keçir. Az hallarda isə yüngül formada rast gəlinir. Respirator virus infeksiyası daha çox uşaqlar arasında geniş yayılıb.

Elnarə Nəbiyeva - pediatr: Uşaqlar arasında həddinnən artıq çoxdur. Gələnlərdə yüksək hərarət, ürək bulanması, öskürmə, qusma əlamətləri ilə gəlirlər. Gün ərzində ümumi xəstəxananı hesablasaq 60-70 xəstə olur. Hava damcı xəstəliyidir. Uşaqlarda xəstə-xəstə baxçaya, məktəbə gedirlər. Yoluxmanın sayı sürətlə atır.
Gəncədə ötən ilin dekabırın 15-dən başlıyaraq qrip əleyhinə peyvəndin vurulmasına başlanılıb. Peyvənd 6 yaşdan yuxarı vətəndaşlara edilir. İndiyə kimi ümumilikdə 355 nəfər Gəncə sakininə peyvənd vurulub. 


Elnur Vahidoğlu