• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 06.01.2023 18:14

Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan həbs edilib

"İki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar. Elvin İsmayılov tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib". Faktla bağlı hər iki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.