Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 05.01.2023 12:08

Üç bacı dəm qazından zəhərlənib

Video Player
KepezTV Player

Ağstafada üç bacı dəm qazından zəhərlənib. Hadisə rayonun Həsənsu kəndində qeydə alınıb.
Kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.