• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 901
— 29.12.2022 16:28

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirilib

KepezTV Player

Dünya Azərbaycanlıların Həmrəyilik Günü və Yeni il münasibəti ilə Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirib. Gəncə Dövlət Kukla Teatrında təşkil edilən şənlikdə ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışılıb. Onların sosial müdafiəsinin gücləndirilməsi, təhsil məsələlərinin həlli istiqamətində son illərdə atılan addımların səmərəsindən bəhs edilib. Azərbaycana Birgə Yardım Təşkilatının Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları şerlər söyləyib, milli rəqslər edib, tamaşalardan səhnələr nümayiş etdiriblər.
Rəzalə AbbasovaGəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru: Çalışımışıq ki, bu uşaqları inteqrasiya məqsədi ilə qismən tipik uşaqlardan da tədbirlərə cəlb edək. Tədbirlərin əsas məqsədi bu uşaqların cəmiyyətə inteqrasiyyası və onların maksimal güclərini göstərməsidir.