• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 29.12.2022 12:37

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

KepezTV Player

Bakıda Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub. Mənzildə yanğın başlaması barədə FHN-nə məlumat daxil olduqdan Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunublar. Operativ müdaxilə nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.