• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 28.12.2022 10:02

Prezident İlham Əliyev sərəncamlar imzalayıb

KepezTV Player

Dövlət başçısı İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Agentliyin bir əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə bir nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib. *** Bundan başqa, dövlət başçısının imzaladığı qanunla “Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi” və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medallarının Əsasnamələri təsdiqlənib. Prezident İlham Əliyev Dövlət-özəl tərəfdaşlığı haqqında Qanunu da imzalayıb.