• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 850
— 27.12.2022 20:15

Su-kanalizasiya layihəsinin ikinci mərhələsinə başlanılıb

KepezTV Player

Gəncədə reallaşdırılmasında fasilə yaranan su-kanalzasiya layihəsinin bu ilin avqust ayından icrasına davam etdirilməsi nəticəsində birinci mərhələ üzrə planlaşdırılan işlər yekunlaşıb. Layihənin icraGəncədə su kanalizasiya xətlərinin çəkilişi dövlət proqramı çərçivəsində "Azərsu"nun sifarişi əsasında həyata keçirilir. Təxminən 5 aydır davam edən birinci mərhələ işləri çərçivəsində şəhərin Pərviz Səmədov, Şota Rustavelli, Ordubadi, Şahsevənlər və Almaz İldırım küçələrində magistral su və kanalzasiya boruları yeraltına salınıb.  

Gəncənin su kanalzasiya xətlərinin yenilənməsi işləri çərçivəsində hazırda Təbriz küçəsində bütün işlər yekunlaşıb. Görülən işlər çərçivəsində ərazidə asfaltlanma işləri də həyata keçirilib. Ümumi uzunluğu 1,5 km olan bu küçədə tam asfaltlanma işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

İşlər yekunlaşan küçələrdə qazılan yollara asfalt örtüyü də çəkilib.  2025-ci ilə kimi isə su kanalzasiya xətlərinin yenilənməsi işləri çərçivəsində ümumilikdə 70 km su və 66,4 km kanalzasiya xətlərinin çəkilməsi nəzərdə tutulub.

Hazırda su xətlərinin çəkildiyi ərazilərdə ev bağlantılarına hazırlıq işləri gedir. Yanvarın əvvəlindən 600 evə su sayğaclarının quraşdırılması nəzərdə tutulub. Həmçinin gələn il layihə çərçivəsində yeni 1 ədəd 10 min kub metr həcmində ehtiyyat su anbarı da inşa olunacaq. Tullantı suları isə Samux rayonunda inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr olan təmizləyici qurğu vasitəsilə kənarlaşdırılacaq. Əhlinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya və Şəmkirçaydan istifadə olunur. Ümumilikdə Gəncə şəhərində icra olunan layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər istifadə edə biləcək. 

Elnur Vahidoğlu