• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2118
— 27.12.2022 20:20

Ermənilər Qarabağda, molla rejimi Güney Azərbaycanda ekoterrorla məşğuldur

KepezTV Player

İranın Güney Azərbaycan torpaqlarında törətdiyi bəşəri ekoloji cinayət – Urmiya gölünün qurudulmasından bütün dünya xəbərdardır. İndi isə molla rejimi Qaradağ vilayətində meşələrin məhvinə çalışır. Sosial mediada yayılan görüntülərdən Güney Azərbaycanın Vərziğan bölgəsində Süngün mis mədən şirkəti tərəfindən meşələrin geniş miqyasda məhv edilməsi aydın olur. Güneyli ekspert Rza Talebinin sözlərinə görə, şirkət bu ərazilərin talanmasından illik 900 milyard tümən, başqa sözlə 22 milyon 500 min dollar gəlir götürür.
Rza Talebi deyir ki, Süngün mədəni, eləcə də yaxınlıqdakı digər mədənlərdə təxminən 3500 nəfər çalışır. Bu strateji xammalın emal üçün digər yerlərə daşınması isə həm işsizlik poblemi, həm də ətraf mühitə zərərə gətirib çıxarır.
Rejimin bu əməllərinin arxasında hansı niyyətlərin yatdığı yəqin ki, aydındır. Güney azərbaycanlıların sərvətləri talan edilir, ətraf mühitə böyük zərərlər vurulur, meşələr məhv olunur, ekologiya korlanır, azərbaycanlılar üçün isə nə iş, nə gəlir yerləri yaradılır. Hətta xarici sərmayədarların bu ərazilərə yatırım etməsinə süni əngəllər törədilir. Beləcə Güney Azərbaycan üçün məqsədli şəkildə iqtisadi problemlər yaradılır. Talan edilən təbii sərvətlər isə dəyər-dəyməzinə satılır.
Məlumata görə, son illərdə bu bölgədə mədənlərin istismar səviyyəsi genişləndirildiyindən sıx meşələr daha çox məhv olub. Baxmayaraq ki, bu mədənin yerləşdiyi ərazidə ətraf mühitin çirkləndirilməsi illərdir ekologiya ekspertlərini və ekofəalları narahat edir. Hökumət isə bu çağırışların heç birinə məhəl qoymur.